"Çelsi" futbolçusunu cəzalandırdı

15:37 - 3 Aprel 2026

"Çelsi" futbolçusu Entso Fernandesi cəzalandırıb.

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Liam Rozenyor məlumat verib.

Argentinalı yarımmüdafiəçinin növbəti iki oyunda meydana çıxmayacaq. London təmsilçisi sabah Federasiya Kubokunda "Port Vale" ilə, ayın 12-də isə Premyer Liqada "Mançester Siti" ilə qarşılaşacaq.

Entsonun cəzalandırılmasının səbəbi ölkəsinin mətbuatına verdiyi müsahibədə "Real"a keçmək istədiyini bildirməsidir.

Qeyd edək ki, "Çelsi" Entso Fernandesi 2023-cü ilin yanvarında "Benfika"dan 121 milyon avroya transfer edib. Argentina millisinin üzvü olan 25 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti