Ərəblər "Fənərbaxça"nın sabiq hücumçusundan narazıdır

17:12 - 6 Aprel 2026

Yussef En-Nesirinin Səudiyyə Ərəbistanı karyerası qısa çəkə bilər.

Sportal.az xəbər verir ki, mərakeşli hücumçunun performansı "Əl-İttihad"ın məşqçilər korpusunu qane etmir. Bu barədə "Okaz" nəşri məlumat yayıb.

Klub yayda 28 yaşlı forvardla yollarını ayırıb hücum xəttinə yeni oyunçu gətirməyi planlaşdırır.

Qeyd edək ki, "Əl-İttihad" Yussef En-Nesirini bu ilin fevraında "Fənərbaxça"dan 15 milyon avroya transfer edib. Təcrübəli futbolçu komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti