"Neftçi" bu cür davam edərsə, avrokuboklara vəsiqə qazanacaq"

12:48 - 7 Aprel 2026

"Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski Sportal.az saytına açıqlama verib.

O, "ağ-qaralar"ın hazırkı durumundan danışıb və son vaxtlardakı çıxışına münasibət bildirib: "Hazırda Şimali Makedoniyadayam. İşlərim normaldır. Sadəcə klubsuzam və təklifləri gözləyirəm. Bolqarıstandan təklifim var, sadəcə gözləyirəm. Görək də necə olacaq. İşləyəndə də, indi də "Neftçi"ni daim izləyirəm. Bu komanda hazırda yaxşı irləlilyəri, keyfiyyəti artırıblar, səviyyəsi yüksəlib. Nəticə də dərhal hiss olunur. Təbi iki, "Neftçi"nin son vaxtlardakı uğurlu çıxışı məni çox sevindirir".

"Neftçi" veteranının fikrincə, sabiq komandası avrokuboklara vəsiqəni qazana bilər: "Komandanın avrokuboklara vəsiqə qazanmaq şansı var. Əgər şans varsa, sona qədər mübarizə aparmaq lazımdır. İnanıram ki, "Neftçi" bu cür davam edərsə, avrokuboklara vəsiqə qazanacaq. Yuri Vernidubun gəlişindən sonra komandanın oyununda da yaxşıya doğru dəyişikliklər var. Ümidvaram ki, hər şey daha da yaxşı olacaq".

Mirbağırağa

Xəbər xətti