"Leypziq"in futbolçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Qırmızılar" Diomande üçün rəsmi təkliflə müraciət ediblər. Almaniya klubu 19 yaşlı oyunçu üçün 100 milyon avro tələb olunduğunu bildirib.
Qeyd edək ki, "Leypziq" Yan Diomandeni mövsümün əvvəlində "Leqanes"dən transfer edib. Gənc futbolçu Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
