Abdullah Zubir mövsümün sonunda "Qarabağ"da ayrılacaq.
Sportal.az xəbər verir ki, bu barədə "L Equipe" nəşri məlumat yayıb.
Fransalı vinger karyerasını Qətərdə davam etdirəcək. Zubir "Əl-Şahaniyə" klubu ilə razılığa gəlib. Komanda 12 komandanın iştirak etdiyi yüksək liqada 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Abdullah Zubiri 2018-ci ilin yayında "Lans"dan transfer edib. 34 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 355 rəsmi matçda 77 qol və 94 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
