Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

00:09 - 6 May 2026

Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk matçı baş tutub.

Sportal.az xəbər verir ki, ilk oyunda “Beşiktaş” doğma meydanda “Konyaspor”u qəbul edib. Qonaqlar Enis Bardinin 90+8-ci dəqiqədə vurduğu qolla qalib gəlməyi bacarıb.

Qeyd edək ki, “Konyaspor” finalda 13 mayda keçiriləcək “Gənclərbirliyi” – “Trabzonspor” cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti