"Sabah" ikinci dəfə Azərbaycan Kubokunu qazandı - YENİLƏNİB

21:56 - 13 May 2026

Bu gün Azərbaycan Kubokunun final görüşü keçirilib.

Sportal.az xəbər verir ki, həlledici görüşdə "Sabah" və "Zirə" komandaları qarşılaşıb.

"Palms Sports Arena"da keçirilən matç Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" tarixi ərzində ikinci dəfə ölkə kubokunun qalibi olub.

Azərbaycan Kuboku
Final

13 may

20:00 "Sabah" - "Zirə" 1:1
Qollar:
Patrik Mbina, 70, Coy Lens Mikels, 90+2 - Eren Aydın, 4
Baş hakim: Elçin Məsiyev
“Palms Sports Arena”

Xəbər xətti