"Bavariya" onunla yeni müqavilə imzalayacaq

11:35 - 13 May 2026

Manuel Noyer “Bavariya” ilə müqavilə müddətini artırmağa yaxındır.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, tərəflər təxminən on gündür ki, yeni müqavilə üzrə razılaşmanın son mərhələsindədirlər. 

İndi hər iki tərəfin vəkillərinin yekun təsdiqinin alınması qalır, bundan sonra Noyer müqaviləni rəsmi olaraq imzalamaq üçün klub rəhbərliyi ilə görüşəcək. 

39 yaşlı qapıçının yeni müqaviləsinin 2027-ci ilin iyun ayına qədər davam edəcəyi gözlənilir.

Təcrübəli qolkiper 2011-ci ildə “Şalke”dən “Bavariya”ya keçib.
 

Xəbər xətti