Fransa millisinin keçmiş futbolçusu Türkiyə klubuna keçməyə yaxındır

15:47 - 13 May 2026

"Beşiktaş" Fransa millisinin sabiq üzvü ilə maraqlanır.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, “qara qartallar” Nabil Fekirin transferini reallaşdırmaq niyyətindədir.

BƏƏ-nin “Əl-Cəzirə” klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Fekirin “Beşiktaş”a yollanacağı gözlənilir.

Nabil “Lion”, “Betis” klublarında oynadıqdan sonra 2024-cü ildə “Əl-Cəzirə”yə keçib.
 

Xəbər xətti