PSJ yayda komandanı tərk edəcəyi gözlənilən Li Kanq Jinin yerinə potensial oyunçu axtarmağa başlayıb.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Fransa nəhəngi ÇSKA(Moskva) klubunun yarımmüdafiəçisi Matvey Kislyakla maraqlanır.
PSJ-nin idman məsləhətçisi Luis Kamposun Kislyakı izlədiyi və kluba məsləhət gördüyü bildirilir.
20 yaşlı rusiyalı futbolçunun ÇSKA ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, bu klubun yetirməsidir.
