"Arda"nın azərbaycanlı futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatının 34-cü turunun “Konfrans Liqası qrupu”nun görüşündə (2:1) vurduğu dubl haqqında fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, “DIEMA SPORT”a danışan Hüseynov vurduğu qollar və komandasının qalibiyyəti barədə bunları deyib:
"İlk dəfədir ki, bir matçda iki qol vururam. Bu, həyatımın ən gözəl günlərindən biri idi. Mənə səs verən hər kəsə (oyunun adamı - red.) təşəkkür edirəm. “Botev”in yaxşı komanda olduğunu bilirik. Turnir cədvəlində yaxınıq. Xal fərqini artırmaq üçün qələbə qazanmalı olduğumuzu bilirdik. Mövsümü zirvədə başa vurmaq üçün yaxşı şansımız var və bunu etməliyik. Bu dublu ailəmə həsr edirəm. “Lokomotiv”(Plovdiv) klubuna qarşı oyuna gəldikdə, onlar bəzi dəyişikliklər edə bilərlər. Görəcəyik. Amma həm növbəti, həm də son matçlarda üç xala diqqət yetirməliyik. Yalnız bundan sonra şanslarımızdan yararlana bilərik. Bolqar dilinə gəldikdə isə, mən bunu bilirəm və danışa bilirəm, amma danışmağa bir az utanıram. Paltardəyişmə otağında bolqar dilində danışıram və hər şeyi başa düşürəm".
saytlarin hazirlanmasi
