“Zirə”nin legioneri İssa Cibrilla paylaşım edib.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisinin müdafiəçisi bu gün Azərbaycan kubokunun finalında “Sabah”a qarşı keçiriləcək görüş haqda yazıb.
Cibrilla instaqram səhifəsində bunları qeyd edib:
“Bu yol üçün Allaha şükürlər olsun. Bizi son “döyüş” gözləyir. Diqqətliyik və komanda üçün hər şeyi verməyə hazırıq”.

