"Tarixə düşə biləcəyimizi dərk edirik" - Bukayo Saka

17:10 - 30 May 2026

"Arsenal"ın futbolçusu Bukayo Saka PSJ-yə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının final oyunu barədə danışıb.

Sportal.az xəbər verir ki, ingiltərəli vinger klubun tarixinə düşmək istədiklərini deyib:

​"Klubun tarixini bilirik. Oyunçular olaraq bu titulu ilk dəfə qazanmaqla tarixə düşə biləcəyimizi dərk edirik. Bu, bizim üçün artıq böyük bir motivasiyadır. ​Hamımız mənim yolumun haradan başladığını bilirik. Klubun akademiyasında keçən 7-8 il... O vaxtlar Premyer Liqanı və ya "Arsenal"la Çempionlar Liqasını qazanmağa çalışmaq çox uzaq xəyal kimi görünürdü. Son bir həftədə isə sanki hər şey reallığa çevrilib. Sevdiyim klubda daha bir kubok qazanmaq və adımı onun tarixinə yazdırmaq imkanım olduğu üçün çox şadam".

​Xatırladaq ki, PSJ - "Arsenal" matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

Xəbər xətti