"Real" Maykl Olisein transferinə görə "Bavariya" ilə münasibətlərini korlamaq niyyətində deyil.
Sportal.az xəbər verir ki, daha əvvəl Fransa millisinin cinah oyunçusunun DÇ-2026 zamanı Madrid klubuna keçmək arzusunu gizlətmədiyi bildirilmişdi.
“Real” futbolçu açıq şəkildə klubunu tərk etmək istədiyini bəyan etməyincə onun transferi üçün rəsmi addım atmayacaq. Bu qərarın əsas səbəbi klub prezidenti Florentino Perezin “Bavariya” ilə mövcud olan yaxşı münasibətləri qorumaq istəməsidir.
Bundan başqa, hazırkı vəziyyətdə Madrid təmsilçisi 150 milyon avrodan artıq məbləğə transfer həyata keçirə bilmir. Belə bir keçidin reallaşması üçün klub heyətindəki ulduz futbolçulardan birini satmalı olacaq. Buna görə də Olisenin transferi həm futbolçunun mövqeyindən, həm də “Real”ın maliyyə imkanlarından asılı olacaq.
saytlarin hazirlanmasi
