"Çelsi"nin müdafiəçisi Benua Badiaşil karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Napoli" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Neapol nəhəngi Badyaşil üçün İngiltərə klubu ilə danışıqlara başlayıb. "Napoli"nin planı 25 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməkdir. "Çels" isə oyunçunu birdəfəlik satmaq istəyir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Çelsi" Benua Badiaşili 2023-cü ilin yanvarında "Monako"dan 38 milyon avroya transfer edib. Fransa millisinə də dəvət alan müdafiəçi 2025/26 mövsümündə London təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
