Sabah UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq Ukraynanın “Dinamo” klubu Bakıya gəlib.
Sportal.az xəbər verir ki, Azərbaycana yollanan qafilədə Kiyev təmsilçisinin 25 futbolçusu yer alıb. Klubun sosial şəbəkə hesabındakı paylaşım diqqət çəkib.
Belə ki, Bakıya səfər görüntüsü Azərbaycanın “Tərəkəmə” rəqsi ilə paylaşılıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. Ağdam klubu ilk dueldə 0:1 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi
