"Milan" "Qalatasaray"ın 40 milyon avroluq təklifini rədd etdi - 50 milyon avrodan aşağı qiymətə satmaq istəmir

00:32 - 11 Avqust 2026

"Milan" "Qalatasaray"ın Rafael Leao transferi ilə bağlı təklifini yenidən rədd edib.

Sportal.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Yağız Sabuncuoğlu yayıb. Türkiyə klubu 27 yaşlı vinger üçün 40 milyon avro təklif edib. Lakin “Milan” bu şərtlərlə futbolçunu buraxmaqdan imtina edib və Leao üçün minimum 50 milyon avro tələb etdiyini bir daha bildirib.

Bundan əlavə, “Qalatasaray” nümayəndələri futbolçunun agentləri ilə də danışıqlar aparıblar.

Leao ötən mövsüm A Seriyasında 29 oyunda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti