İngiltərənin "Koventri Siti" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Norşellann"dan Kaleb Yirenkini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Koventri Siti" qanalı yarımmüdafiəçi üçün Danimarka klubuna 27+3 milyon avro təzminat ödəyəcək. 20 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Kaleb Yirenki cari mövsümdə Danimarka Super Liqasında 2 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
