Tanınmış futbolçu MLS klubu ilə anlaşdı

11:22 - 8 Avqust 2026

Meksika millisinin üzvü İrvinq Lozano karyerasını MLS-də davam etdirəcək.

Sportal.az xəbər verir ki, o, “Los-Anceles Qalaksi” ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı vinger dekabrın sonuna qədər həmin komandada oynayacaq. Onun “San-Dieqo” ilə müqavilə müddətinə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli futbolçu “Paçuka”, PSV, “Napoli” klublarında oynamışdı.

Xəbər xətti