Rodridən imtina cavabı alan "Real"ın planı - yarımmüdafiəçi transfer etməyəcək

22:01 - 7 Avqust 2026

“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferindən imtina etməsindən sonra mərkəz yarımmüdafiəçisi mövqeyinə yeni futbolçu almağı planlaşdırmır.

Sportal.az COPE nəşrinə istinadən xəbər verir ki, Madrid klubunda hesab edirlər ki, hazırkı heyət mövsümü bu mövqedə əlavə güclənməyə ehtiyac olmadan başa vurmaq üçün kifayətdir. Baş məşqçi Joze Mourinyo Bernardo Silvanı yarımmüdafiənin mərkəzində istifadə edəcək və onu bu mövqedə oynaya bilən digər futbolçularla birgə meydana buraxacaq.

Qeyd edək ki, daha əvvəl Rodrinin FC Barcelonaya keçməyi seçdiyi bildirilmişdi.

Xəbər xətti