"Trabzonspor" Salahın transferini və maliyyə detallarını açıqladı

16:12 - 6 Avqust 2026

"Trabzonspor" "Liverpul"dan ayrılan Məhəmməd Salahı heyətinə qatdığını açıqlayıb.

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Misirli ulduzla bu gün Bakı vaxtı ilə saat 20:30-da 2 illik müqavilə imzalanacaq. 34 yaşlı vinger illik 10 milyon avro maaş və hər il üçün 7 milyon avro imza pulu alacaq. Təcrübəli futbolçu bundan əlavə müəyyən bonuslar da qazanacaq.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayında 42 milyon avro qarşılığında "Roma"dan "Liverpul"a transfer olunmuşdu. Misir millisinin üzvü 2025/26 mövsümündə "qırmızılar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti