"Şamaxı" "Qəbələ"yə qalib gəldi

20:27 - 4 Avqust 2026

Yeni mövsümün hazırlığını davam etdirən "Şamaxı" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv "Qəbələ" ilə üz-üzə gəlib.

Bölgə təmsilçilərinin Qəbələ şəhər stadionunda baş tutan dueli "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər iki qolu Oruc Məmmədov vurub.

Xəbər xətti