“Dinamo”nun(Kiyev) futbolçusu Roman Salenko Konfransı Liqasının üçüncü turunun "Qarabağ"a qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “Ukrainskiy futbol” nəşrinə danışan yarımmüdafiəçi Ağdam təmsilçisinin ötən mövsümkü çıxışlarından bəhs edib:
“Bilirəm ki, "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında "Çelsi" ilə qarşılaşmışdı və səhv etmirəmsə, 2:2 hesablı heç-heçə etmişdi. “Qarabağ” çox keyfiyyətli futbol nümayiş etdirir. Onlar güclü və çətin rəqibdir. Amma biz onları keçməliyik”.
saytlarin hazirlanmasi
