Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Maltanın "Valletta" komandası ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, Ta-Ali şəhərində keçirilən görüş Polşa təmsilçisinin 4:0 hesablı böyük qələbəsi ilə başa çatıb.
Mahir Emreli oyuna 67-ci dəqiqədə, hesab 3:0 olarkən daxil olub.
İki oyunun nəticəsinə əsasən "Rakuv" rəqibini 7:1 ümumi hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.
saytlarin hazirlanmasi
