Premyer Liqa klubundan 41 milyon funt-sterlinqlik transfer - RƏSMİ

22:54 - 1 Avqust 2026

"Brentford" "Lans"ın yarımmüdafiəçisi Mamadou Sangarenin transferini rəsmən başa çatdırıb.

Sportal.az xəbər verir ki, 24 yaşlı mali əsilli futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Sazişdə daha bir il uzadılma bəndi də yer alıb.

İnsayder Fabritsio Romanonun məlumatına görə, transferin məbləği 41 milyon funt sterlinq təşkil edib. Bu, “Brentford”un Premyer Liqa tarixindəki ən bahalı transferi olub.

Sanqare ötən mövsüm Liqa 1-də “Lans”ın heyətində 29 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə edib və 5 sarı vərəqə alıb.

Xəbər xətti