"Liverpul"un müdafiəçisi zədələndi

17:59 - 1 Avqust 2026

"Liverpul"un heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Co Qomes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu ABŞ-də təlim-məşq toplanışı zamanı "Sanderlend"lə matçda zədələnib və 8-ci dəqiqədə əvəzlənib. 29 yaşlı mərkəz müdafiəçisi əzələ zədəsi alıb. O bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Liverpul" Premyer Liqada yeni mövsümə 23 avqustda keçiriləcək "Nyukasl"la oyunla başlayacaq.

Qeyd edək ki, Co Qomes 2025/26 mövsümündə "Liverpul"un heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti