"Atalanta" İngiltərə klublarından 50 milyon avro tələb edir

12:46 - 1 Avqust 2026

"Atalanta"nın müdafiəçisi Corco Skalvini karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" və "Nyukasl" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.

A Seriyası klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Cocro Skalvini "Atalanta"nın yetirməsidir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə Berqamo təmsilçisinin heyətində 30 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti