"Barselona"nın qapıçısı "Ayaks"a keçəcək

16:35 - 31 İyul 2026

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Ayaks"ə hazırlaşır.

Sportal.az xəbər verir ki, ​Niderland təmsilçisi almaniyalı qolkiperin transferini həftəsonu rəsmən elan edəcək. 34 yaşlı futbolçu bu gün Amsterdama yollanacaq, şənbə günü isə tibbi müayinədən keçərək müqavilə imzalayacaq.

​Mark-Andre ter Ştegen "Ayaks"a icarə əsasında qoşulacaq. Bununla belə, "Barselona" 34 yaşlı qapıçıya maaşının əhəmiyyətli hissəsini ödənməyə davam edəcək.

​Yeni komandasında ter Ştegen daha əvvəl "Jirona"da birlikdə çalışdığı Miçelin rəhbərliyi altında çıxış edəcək.

Xəbər xətti