"Düşünürəm ki, futbol Messi və Ronaldo rəqabətindən çox şey qazandı" - Pike

22:26 - 29 İyul 2026

Jerar Pike hesab edir ki, Kriştiano Ronaldo və Lionel Messi 2026-cı il dünya çempionatında da yüksək səviyyəli oyun nümayiş etdirməyə davam edirlər.

Sportal.az xəbər verir ki, İspaniya millisinin sabiq müdafiəçisi öz açıqlamasında bunları qeyd edib:

“Messi ilə Ronaldo arasındakı qarşıdurma 15 il ərzində üslubların inanılmaz mübarizəsi idi. Düşünürəm ki, onlar artıq karyeralarının son mövsümlərini keçirirlər. Amma bu dünya çempionatında da gördük ki, hər ikisi hələ də yüksək səviyyəli oyunlar sərgiləməyə qadirdir. Futbol bu cür rəqabətdən çox şey qazandı”.

Xəbər xətti