Şeydayev Rusiya klubuna keçir

18:16 - 29 İyul 2026

​Ötən mövsümün sonunda "Qarabağ"la yollarını ayıran hücumçu Ramil Şeydayev karyerasını Rusiyada davam etdirəcək.

Sportal.az ​azerisport.com-a istinadən xəbər verir ki, 30 yaşlı forvard "Soçi" klubu ilə razılığa gəlib. Tərəflər artıq birillik müqavilənin şərtlərini razılaşdırıblar.

Şeydayevin artıq bu gün Rusiyanın I Liqasında çıxış edən "Soçi" ilə rəsmi saziş imzalaması gözlənilir.

Xəbər xətti