"İlk oyundan fərqli olaraq, qol fürsətlərindən yararlanmaq istəyirik" - "Zirə"nin müdafiəçisi

15:35 - 29 İyul 2026

"Zirə"nin müdafiəçisi Ruan Renato UEFA Konfrans Liqası II təsnifat mərhələsinin "Payde" ilə cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 32 yaşlı braziliyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

"İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, meydanda diqtə edən tərəf biz idik. Rəqib müdafiədə yaxşı iş gördü. Biz də həftə bütün hazırlıqlarımızı bu yöndə aparmışıq. İlk oyundan fərqli olaraq, qol fürsətlərindən yararlanmaq istəyirik".

Xəbər xətti