"Barselona" hücumçu Eli Junior Kroupini transfer etmək cəhdlərini davam etdirsə də, hələlik uğur qazana bilmir.
Sportal.az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, Julian Alvarezin "Atletiko"dan transferində yaranan çətinliklərdən sonra Kataloniya klubu alternativ variant kimi Kroupiyə yönəlib.
"Barselona" "Bornmut"a artıq iki rəsmi təklif göndərib. Hər iki təklif 100 milyon avrodan aşağı olub və İngiltərə klubu tərəfindən rədd edilib.
Məlumata əsasən, Kroupi "Barselona"ya keçməyə müsbət yanaşır və bu istəyini "Bornmut" rəhbərliyinə də çatdırıb. Buna baxmayaraq, Premyer Liqa təmsilçisi futbolçunu satmaq niyyətində deyil və bütün təklifləri geri çevirir.
Fransalı hücumçu ötən mövsüm Premyer Liqada 33 oyunda 13 qol vuraraq "Bornmut"un ən məhsuldar futbolçusu olub.
saytlarin hazirlanmasi
