"Leyptsiq"in yarımmüdafiəçisi Elif Elmas Türkiyə Super Liqasında qayıda bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" şimali makedoniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sport Mediaset" məlumat yayıb.
Almaniya klubu 26 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Elif Elmas ötən mövsüm icarə əsasında "Napoli"də çıxış edib. Şimali Makedoniya millisinin üzvü 2017-2019-cu illərdə "Fənərbaxça"nın formasını geyinib.
saytlarin hazirlanmasi
