"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bir müddətdir belində narahatlıq olan ispaniyalı futbolçu belindən uğurlu əməliyyat keçirib. 30 yaşlı dayaq yarımmüdafiəçisi reablitasiya prosesindən sonra məşqlərə başlayacaq.
Qeyd edək ki, Rodri 2025/26 mövsümündə "Mançester Siti"nin heyətində bütün turnirlərdə meydana çıxdığı 33 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi
