"Fransa millisinə görə bütün təkliflərdən imtina etdim" - Zidan

20:06 - 28 İyul 2026

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan "üçrənglilər"in sükanı arxasına təyin olunmasını şərh edib.

Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bu postda Didye Deşamı əvəzləyib. Zidan ona etimad göstərənlərə təşəkkürünün bildirib:

​"Hər kəsə göstərdiyi etimada görə təşəkkür etmək istərdim. Səhər ünsiyyətdə olduğum İcraiyyə Komitəsinə, eləcə də Fransa Futbol Federasiyasının bütün əməkdaşlarına gündəlik fəaliyyətlərinə görə minnətdarlığımı bildirirəm.

​Bu gün mənim üçün yolumun davamı, bir arzunun çin olmasıdır. 4-5 il ərzində mənə hansısa klubu çalışdırmaq təklifləri gəlirdi. Lakin Fransa millisinə görə hamısından imtina etdim. Bu, məşğul olmaq istədiyim yeganə iş idi. Mən bu komanda ilə hələ uşaq ikən tanış olmuşam. Gənclər komandasından başlamışam, bütün mərhələlərdən keçərək əsas milliyə qədər gəlib çıxmışam. Komandanın qələbə qazanmağa davam etməsi üçün əlimdən gələni edəcəyəm, məni hərəkətə gətirən yeganə güc budur.

​Necə qələbə qazanacağımızı iki kəlmə ilə izah edə bilmərəm. Meydanda öz yerini tutacaq əla komandam olacaq. Mənə əvvəlcə alışmaq, oyunçuları görmək, onlara öz layihəmi, birlikdə nə edəcəyimizi izah etmək lazımdır. Bundan sonra mənim məşqçi kimi vəzifəm bu komandanı qələbələrə aparmağa davam etməkdir.

Millinin dünya çempionatındakı yolu gözəl idi, oyunları da əla keçirdilər. Mən də, insanlar da gözəl vaxt keçirdik. Azarkeşlərin heç nədən gileyi ola bilməz. Biz başqa cür hərəkət edəcəyik. Didye Deşam Didye Deşemdir, Blan Blandır, Zidan isə Zidandır. Bacardığımı edəcəyəm. Fransa millisinin qələbə qazanmağa davam etməsi üçün varisliyi təmin edəcəyəm".

Xəbər xətti