"Tottenhem" "Mançester Siti"nin futbolçusunu istəyir - 60 milyon funt-sterlinqə

00:37 - 29 İyul 2026

"Tottenhem" Savinyonun transferi üzərində işləyir.

Sportal.az "The Times" nəşrinə istinadən xəbər verir ki, daha əvvəl braziliyalı vingerin daha çox oyun praktikası qazanmaq məqsədilə "Mançester Siti" rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirdiyi xəbər verilmişdi.

"Tottenhem" futbolçunun transferi üçün danışıqları davam etdirir. Müqavilənin dəyəri təxminən 60 milyon funt-sterlinq qiymətləndirilir və bonuslarla birlikdə bu məbləğ daha da arta bilər.

Savinyo ötən mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna çıxıb, 1 qol vurub.

Xəbər xətti