Fransa millisinin müdafiəçisi "Milan"da - RƏSMİ

16:17 - 29 İyul 2026

"Milan" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Trua"dan Sankun Diavaranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Milan" 20 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 3 milyon avro təzminat ödəyib. Gənc futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Sankun Diavara "Trua"nın yetirməsidir. Fransa U-19 millisinin üzvü 2025/26 mövsümündə Liqa 2-də meydana çıxdığı 14 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti