"Beşiktaş" müdafiə hücum yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Brügge"də çıxış edən Karlos Forbsun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Beşiktaş" 22 yaşlı vinger üçün 17+2 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Brügge" Karlos Forbsu 2025-ci ilin yayında "Ayaks"dan 6 milyon avroya transfer edib. Portuqaliya U-21 millisinin üzvü 2025/26 mövsümündə Belçika təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
