"Sabah"ın 3-cü mərhələdəki rəqibi müəyyənləşdi

00:01 - 30 İyul 2026

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Azərbaycanın "Sabah" klubunun 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri – "Lex" və "Orhus" üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, Poznanda keçirilən qarşılaşma Danimarka təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda “Lex” 4:1 hesabı ilə qalib gəldiyindən, ümumi hesab 5:5 olub. Qalib penaltilər seriyasında müəyyənləşib və 4:3 hesabı ilə üstün olan “Orhus” növbəti mərhələyə yüksəlib.

Beləliklə, “Orhus” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”ın rəqibi olacaq.

Xatırladaq ki, Bakı təmsilçisi 2-ci təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu hər iki oyunda məğlub edib – 1:0 və 2:0.

Xəbər xətti