"Hər iki oyuna görə mərhələni keçməyə layiq tərəf biz idik" - Rəşad Sadıqov

22:32 - 30 İyul 2026

Bu gün “Zirə” Konfrans Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi "Payde" ilə matçdan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirib:

"Bizim üçün oyun barədə uzun-uzadı danışmaq çox çətindir. Məyusedici məğlubiyyət oldu. Mərhələni keçə bilmədik. Hər şey göz qabağındadır. Erkən qol vurduq, çoxsaylı qol epizodları...Bu qədər epizodları istifadə edə bilməmək...İstifadə edə bilməmək deyəndə ki, dirəkdən, rəqib müdafiəçidən, qapıçıdan qayıdır. 3-4 oyuna sıxacaq qədər qol epizodu yaratdıq. Təəssüflər olsun ki, top qapıdan keçmək istəmirdi.Belə olan halda da baxırsan ki, çox vaxt məğlub olursan. Bu gün də elə oldu. Gedişat onu göstərirdi ki, qol vura bilməyəcəkdik, rəqib mərhələni keçən tərəf olacaq. Rəqibi təbrik edirəm, növbəti oyunlarda onlara uğurlar arzulayırıq.Hər iki oyuna görə mərhələni keçməyə layiq tərəf biz idik. Amma təəssüflər olsun ki, iki oyundakı çoxsaylı qol epizodlarını, böyük üstünlüyü nəticəyə çevirə bilmədik".

Xəbər xətti