"Nyukasl" baş məşqçi Eddi Hau ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Nyukasl"ın yeni baş məşqçisinin kim olacağı da məlumdur. "Sağsağanlar" hazırda "Əl-Əhli"də işləyən Mattias Yayssle ilə anlaşıblar. Almaniyalı məşqçi ilə 4 illik müqavilə imzalanacaq.
Klub təyinatı yaxın günlərdə açıqlayacaq.
saytlarin hazirlanmasi
