Bu komanda "Zirə"ni gözləyir, evdə 6 qolla qalib gəldilər - VİDEO

10:15 - 30 İyul 2026

"Zirə"nin Konfans Liqasında 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 2-ci təsnifat mərhələsində "Paide" səddini keçərsə, Vyana təmsilçisi ilə qarşılaşacaq.

Avstriya klubu 2-ci təsnifat mərhələsində "Santa Kolomo"nu məğlub edə bilib. Səfərdə Andorra klubunu 3:1 məğlub edən avstriyalılar evdə də 6:2 qalib gəlib.

"Rapid"(Vyana) - "Santa Koloma" 6:2
Qollar
:Ercan Kara 10, 33, 63, Dahl 24, Çvetkoviç 58, Vurmbrand 83 – Bellido 30, Rodriqez 87

Xəbər xətti