Azərbaycanda dəhşətli qəzada iki futbolçu həyatını itirdi

11:31 - 30 İyul 2026

Ötən gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Sportal.az xəbər verir ki, Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil “Ford Transit” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişin Bəhruz Sultanov aldıqları xəsarətlərdən həlak olublar.

Yük maşınının sürücüsü Mais Abbasov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Unikal.az-ın məlumatına görə, qəzada ölən B.Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olub.

Xəbər xətti