"Şahdağ Qusar"dan ayrılan müdafiəçi "Xankəndi"də

14:30 - 30 İyul 2026

“Xankəndi” Futbol Klubu heyətini yeni müdafiəçi ilə gücləndirib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Ramin Abdullayevi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ramin Abdullayevin son klubu “Şahdağ Qusar” olub.

Xəbər xətti