Azərbaycan milli komandasının sabiq baş məşqçisi, uzun illər ölkəmizdə çalışmış, hazırda Bolqarıstan yüksək liqasında yarışan "Spartak"(Varna) klubunun çalışdırıcısı olan Qyoko Haciyevski Sportal.az saytına açıqlama verib.
O, bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ÇSKA və "Qarabağ" klubları arasında Sofiyada keçiriləcək cavab görüşü haqda danışıb.
71 yaşlı mütəxəssis tərəflərin eyni şansa sahib olduğunu bildirib:
"Bakıdakı matç çox ağır alındı. Özü də, hər iki tərəf üçün. Bundan irəli çıxaraq deyə bilərəm ki, şanslar eynidir. İlk oyundakı hesaba baxmayaraq, proqnoz vermək olmur. Matçın Sofiyada keçirilməsinə baxmayaraq, şanslar bərabərdir. Doğrudur, ÇSKA evdə oynayır, stadion tam dolu olacaq, azarkeş dəstəyini hiss edəcək. Bu da ÇSKA-ya kömək olacaq, futbolçuların daha inamlı olmasına köməkdir. "Qarabağ"ın isə təcrübəsi yüksəkdir. Onlar uzun illərdir ki, qruplarda oynayırlar. Real baxsaq, proqnoz vermək olmur, şansları bərabər dəyərləndirirəm. "Qarabağ"ın təcrübəsi yüksədir, amma ÇSKA-nın azarkeş dəstəyinə görə üstünlüyü var. Hər iki tərəfdə əla oyunçular oynayır. Həqiqətən çox maraqlı oyundur. Hansısa tərəfin üstün olduğunu demək olmur".
Mirbağırağa
saytlarin hazirlanmasi
