Emin Ağalarov “Neftçi” formasında: "Yeni qələbələr gözləyirik" - FOTOLAR

16:35 - 30 İyul 2026

Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov sosial şəbəkə hesabında "Neftçi" forması ilə videosunu paylaşıb.

Sportal.az xəbər verir ki, o, dostları ilə tennis oynayarkən, "ağ-qaralar"dan uğurlar gözlədiyini də söyləyib: 

"Sea Breeze" və “Neftçi” – hər zaman birlikdə. “Neftçi” formasında olarkən, heç vaxt uduzmuram. "Sea Breeze" "Neftçi" rəsmi tərəfdaşıdır.  “Neftçi”yə azarkeşlik edirik və izləyirik, yeni qələbələr gözləyirik. “Neftçi” formasında olarkən, hər zaman qalib gəlirəm".

Qeyd edək ki, "Neftçi" PFK və "Sea Breeze" arasında əməkdaşlıq yeni mövsümdə də yenilənərək qüvvədə qalıb. Bu tərəfdaşlıq çərçivəsində "Sea Breeze" ərazisində xüsusi "Neftçi Store" fəaliyyət göstərir. Eyni zamanda, klub və istirahət mərkəzi müxtəlif sosial layihələrdə birgə iştirak edirlər

Mirbağırağa

 

Xəbər xətti