Ukraynalı hücumçu İtaliyada klubunu dəyişdi

19:38 - 30 İyul 2026

"Roma" hücumçu Artyom Dovbiki icarəyə verib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı futbolçunu "Bolonya"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı forvard qarşıdakı 1 il ərzində "Bolonya"nın formasını geyinəcək.

Qeyd edək ki, "Roma" Artyom Dovbiki 2024-cü ilin yayında "Jirona"dan 41 milyon avroya transfer edib. Ukrayna millisinin üzvü 2025/26 mövsümündə "canavarlar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti