"Real" ötən mövsüm La Liqanın ən yaxşı gənc futbolçusu seçilən Karlos Espíni transfer etmək imkanını nəzərdən keçirir.
Sportal.az COPE nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı hücumçunun çıxışını yaxından izləyir və onun transferini dəyərləndirir.
"Levante" isə əsas bombardirini satmaq üçün güzəştə getmək niyyətində deyil və futbolçunun müqaviləsində nəzərdə tutulan 25 milyon avroluq sərbəstqalma məbləğinin ödənilməsini tələb edir.
Karlos Espí ilə İngiltərənin "Brayton" klubu da maraqlanıb. Lakin ispaniyalı hücumçunun üstünlüyü La Liqada qalmaqdır.
Espi ötən mövsüm İspaniya çempionatında keçirdiyi 25 oyunda 11 qol vuraraq həm komandasının ən məhsuldar oyunçularından biri olub, həm də mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
saytlarin hazirlanmasi
