Bu gün “Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində ikinci oyununu keçirib.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşan matçda penaltilər seriyasına üz tutulub. Burada daha dəqiq oynamağı bacaran ÇSKA növbəti mərhələyə yüksəlib.
Cütün qalibi olan ÇSKA üçüncü təsnifat mərhələsində "Şerif" – “Makkabi”(Tel-Əviv) duelinin qalibi (ilk oyun: 0:5) ilə qarşılaşacaq. "Qarabağ" isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə üz-üzə gələcək.
22:00 ÇSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) 0:0 (Penaltilər seriyası: 5:4)
Vasil Levski stadionu, Sofiya
Baş hakim: Bram van Drieske (Belçika)
İlk oyun: 0:0
