"Bizdən yaxşı olmayan komanda növbəti mərhələyə yüksəldi" - "Zirə"nin forvardı

11:24 - 31 İyul 2026

“Futbolun pis tərəfi odur ki, çoxlu qol epizodu yaradırsa və vura bilmirsən. İki dəfə top dirəyə dəydi. Top qapıya girmədi. İlk matçda da oxşar bir şey olmuşdu. Yaxşı oynadıq, amma Allahın istədiyi bu cür idi. Heç nə etmək mümkün deyil. Premyer Liqaya fokuslanacağıq. İkinci qolu vursaydıq, hər şey bitəcəkdi”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Zirə”nin hücumçusu Eren Aydın deyib. 

Qəsəbə təmsilçisinin forvardı komandasının Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Paide” ilə görüşlərdə qələbə qazana bilməmələrinə(1:1, 0:1) şərh verib:

“Biz yaxşı toplanış keçmişdik. Bu mövsüm daha da yaxşı oynayırıq. Rəqibimizi təbrik edirəm. Amma biz turnirdən kənarda qalmağa layiq deyildik. Daha yaxşısına layiq idik. “Paide” ilə matçın ikinci hissəsində əvəzləndim. Bu, baş məşqçinin qərarı idi. Düşünürəm ki, yorğun olduğum üçün atılmış addım oldu. Rəşad Sadıqovun verdiyi hər hansı bir qərarı dəstəkləyirəm. Ona hörmət edirəm. Əlbəttə ki, nəticəyə görə hamımız məyusuq. Bizdən yaxşı olmayan komanda növbəti mərhələyə yüksəldi. Amma irəliləməliyik. Premyer Liqaya hazırlaşmaq üçün vaxtımız var. Keçən mövsüm ilk dördlükdə yer ala bilmədik və bu mövsüm ilk üçlüyə girmək istəyirik".

Mirbağırağa

Xəbər xətti